Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov 1992-ci ildə şəhid olan İbrahim İmanovun və 1993-cü ildə xidməti vəzifəsini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan leytenant Müşfiq Mustafayevin ailələrini ziyarət edib.
Görüşdə şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!