Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Elməddin Qəribov 1992-ci ildə Ordubad rayon “Xorxat” yüksəkliyi istiqamətində gedən döyüşlərdə şəhid olan Maarif Məmmədovun, 1994-cü ildə Ağdam rayonunda şəhid olan Azər Quliyevin və 2019-cu ildə Ordubad rayonu “Soyuqdağ” yüksəkliyində şəhidlik zirvəsinə yüksələn Vüsal Yusifovun ailələrini ziyarət edib.
Elməddin Qəribov şəhid, Vüsal Yusifovun vətənə əmanət övladı Kənan Yusiflinin doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Görüşdə şəhidlərimizin xatirəsinin daim yaşayacağı qeyd edilib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!