Beynəlxalq autizm maarifləndirmə ayı münasibətilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin təşəbbüsü ilə autizmli uşaqların valideynlərinin iştirakı ilə "Forrest Gump" filminin kollektiv izlənməsi təşkil olunub.
Tədbirin əsas məqsədi valideynlərə mənəvi dəstək göstərmək, onların bir-biri ilə ünsiyyətini və təcrübə paylaşımını təşviq etmək, həmçinin cəmiyyətdə autizm mövzusunda maarifləndirməni gücləndirmək olub.
Film nümayişindən sonra valideynlər arasında səmimi fikir mübadiləsi aparılıb. İştirakçılar belə təşəbbüslərin davamlı olmasının vacibliyini vurğulayaraq, təşəkkürlərini bildiriblər.
Təşkilatçılar bu cür sosial layihələrin davamlı olacağını və daha geniş auditoriyanı əhatə edəcəyini bildiriblər.