Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Elməddin Qəribov 2020-ci ildə Xocavənd rayonu istiqamətdə şəhid olan, Kənan Rzayevin və 2020-ci ildə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan leytenant Yaqub Nəcəfovun ailələrini ziyarət edib.
Elməddin Qəribov şəhid, Kənan Rzayevin vətənə əmanət övladı Əli Rzayevin doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid, Kənan Rzayev “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə", “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” medalları, şəhid, leytenant Yaqub Nəcəfov isə “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Görüşdə şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!