Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Səfərov 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan baş leytenant Firuz Qureşli və 2023-cü ildə “Antiterror əməliyyatı” zamanı Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan leytenant Tural Məmmədovun ailələrini ziyarət edib.
Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid, baş leytenant Firuz Qureşli “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medalları, şəhid, leytenant Tural Məmmədov III dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalları ilə təltif olunublar.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!