Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Rasim Piriyev 2002-ci ildə Ordubad rayon soyuq döyüş bölgəsində şəhid olan əsgər Arzu Novruzovun, 2018-ci ildə Şərur rayon Günnüt kəndində xidməti vəzifəsini yerinə yetirən zaman şəhid olan çavuş Raman Seyidovun və 2020-ci ildə Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan əsgər Pərviz Məmmədzadənin ailələrini ziyarət edib.
Rasim Piriyev şəhid, Raman Seyidovun vətənə əmanət övladının doğum günündə iştirak edib. Qəhrəman şəhidimizin qızı Aygün Seyidovanı təbrik edib, şəhid övladlarına xüsusi qayğı göstərilməsinin hər birimizin vətəndaşlıq borcu olduğunu bildirib.
Görüşdə şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Rasim Piriyev şəhidlərimizin xatirəsinin əbədi olaraq qəlbimizdə yaşayacağını vurğulayıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!