Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Rasim Piriyev 2020-ci ildə Şuşa şəhəri istiqamətində şəhid olan kapitan Şamil Babayev və Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan leytenant Hafis Qasımovun ailələrini ziyarət edib.
Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid, kapitan Şamil Babayev “Zəfər” ordeni, III dərəcəli “Qüsursuz xidmətə görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” “Şuşanın azad olunmasına görə” medalları, şəhid, leytenant Hafis Qasımov isə “Azərbaycan Ordusunun 100 illiyi”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunublar.
Görüş zamanı şəhidlərimizin, o cümlədən şəhid, Şamil Babayevin və Hafis Qasımovun əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!