Əlillik və reabilitasiya sahəsində görülən işlərə dair infosessiya keçirilib. Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və tabe müəssisələrinin fəaliyyəti təhlil olunub.
Agentliyinin fəaliyyət sahələrində aparılan islahatlardan, görülən işlərdən bəhs olunub. Tibbi-sosial ekspertiza xidməti sahəsində rəqəmsal həllərin tətbiqi işləri, “Əlillik” altsisteminin funksional imkanlarının genişləndirilməsi istiqamətində atılan addımlar qeyd edilib.
Müvafiq kateqoriyadan olan şəxslərə göstərilən sosial-reablitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, habelə bu istiqamətdə tədbirlər planının hazırlanması üzrə tapşırıqlar verilib.