Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov 1994-cü ildə Ağdam döyüşləri zamanı şəhid olan Cavid Novruzovun və Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Rauf Qurbanovun ailələrini ziyarət edib.
Görüş zamanı şəhidlərimizin, o cümlədən Cavid Novruzovun və Rauf Qurbanovun əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!