Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Elməddin Qəribov 1992-ci ildə Sədərək rayon Qaraağac kəndi uğrunda gedən döyüşlərdə şəhid olan Canpolad Əsgərovun, 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olan Araz Məmmədovun və 2021-ci ildə Ağdam rayon Ortaqərvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn leytenat Bəşir Mehdiyevin ailələrini ziyarət edib.
Görüşdə şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Elməddin Qəribov şəhidlərimizin, o cümlədən Canpolad Əsgərovun, Araz Məmmədovun və Bəşir Mehdiyevin xatirəsinin əbədi olaraq qəlbimizdə yaşayacağını vurğulayıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!