Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Həsən Abbasov Naxçıvan şəhərində evdə (səyyar) sosial-məişət xidmət göstərilən tənha ahıl Yusifova Solmaz xanımı anadan olmasının 80 illiyi münasibəti ilə ziyarət edib, təbriklərini çatdırıb. Onun səhhəti və gündəlik ehtiyacları ilə maraqlanıb.
Ahıl vətəndaş göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, tənha ahıllar və əlilliyi olan şəxslər üçün evdə səyyar sosial xidmətlər onların gündəlik məişət ehtiyaclarının qarşılanması və sosial rifahının təmin olunmasına yönəlib. Bu cür diqqət və qayğı tədbirləri həmin şəxslərin cəmiyyətə bağlılığının qorunması və mənəvi dəstəyin göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Nazirlik tərəfindən bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.