Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Heydər Quliyev 1998-ci ildə şəhid olan Orxan Abbasovun, 2020-ci ildə Zəngilan rayon Vejnəli kəndi istiqamətində gedən döyüşlərdə şəhid olan kapitan Elməddin Meydanov və 2021-ci ildə hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhidlik zirvəsinə ucalan mayor Elbrus Əhmədovun ailələrini ziyarət edib.
Heydər Quliyev şəhid, kapitan Elməddin Meydanovun vətənə əmanət övladı Əli Meydanlının doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid, kapitan Elməddin Meydanov “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları, şəhid, mayor Elbrus Əhmədov "Vətən uğrunda" medalları ilə təltif olunublar.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!