Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla Babək və Sədərək rayonları ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə işə qəbul olunmuş şəxslərə əmək qanunvericiliyi və əmək funksiyalarının icrası ilə bağlı maarifləndirici tədbir təşkil olunub.
Çıxış edənlər iştirakçılara əmək qanunvericiliyinin əsas müddəaları, əmək funksiyalarının icrası və iş yerində hüquqi məsuliyyətləri barədə ətraflı məlumat veriblər. İştirakçıların sualları cavablandırılıb, real iş şəraitində yarana biləcək vəziyyətlərlə bağlı tövsiyələr təqdim ediblər.