Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə 1992-ci ildə Sədərək rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan Mehman Orucovun və 1996-cı ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Ceyhun Salahovun ailələri ilə görüşüb.
Görüşdə şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Fərid Bağırzadə şəhidlərimizin, o cümlədən Mehman Orucovun və Ceyhun Salahovun xatirəsinin əbədi olaraq qəlbimizdə yaşayacağını, ailəsi ilə bağlı sosial dəstək tədbirlərinin qarşıdakı dövrdə də davam edəcəyini vurğulayıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!