Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov 1994-cü ildə Sədərək rayonunda şəhid olan Adil Cəfərovun, 1995-ci ildə Sədərək rayonunda şəhid olan Mübariz Şahverdiyevin və 2015-ci ildə Füzuli rayonunda şəhidlik zirvəsinə ucalan baş leytenant Orxan Quliyevin ailələrini ziyarət edib.
Elnar Hüseynov şəhid, baş leytenant Orxan Quliyevin vətənə əmanət övladı, şəhidimizin adını daşıyan Orxan Quliyevin doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!