rayonunda maarifləndirici tədbir keçirilib
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları tərəfindən sığortaedənlərin MDSS haqları hesabına ödənilən müavinətlərin düzgün təyin olunub ödənilməsi, dövlət vergi xidmətinə verilən vahid bəyannamədə Dövlət Sosial Müdafiə Fondu ödənişləri üzrə ilkin və dəqiqləşmiş məlumatların düzgün hazırlanması ilə bağlı növbəti maarifləndirmə Culfa rayonunda reallaşıb.
İştirakçılara, sosial sığorta və fərdi uçotun təşkili və hesabatların düzgün hazırlanıb Vergi xidmətinə vaxtında təqdim edilməsi, həmin məlumatların www.e-gov.az elektron hökumət portalı üzərindən göndərilməsi, eləcə də MDSS haqları hesabına ödənilən müavinətlərin ödənişi üçün sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərində aşakar olunmuş nöqsanlar və bu nöqsanların aradan qaldırılması yolları haqqında ətraflı məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.