Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov Şərur rayonunda vətəndaşları qəbul edib.
Qəbul zamanı vətəndaşlar Dövlət Əmək Müfəttişliyi Xidmətinin səlahiyyət dairəsinə aid məsələlər barədə müraciətlərini bildiriblər. Müraciətlərin hər biri qeydiyyata alınıb, həll edilməsi üçün Xidmətin müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.