“Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 iyun tarixli 1232 nömrəli Fərmanında edilmiş dəyişiklikliyə əsasən təqaüdün aylıq məbləği 350 manat məbləğində müəyyən edilib. Artımlar 2025-ci il iyulun 1-dən tətbiq edilir. “Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 iyun 2025-ci il tarixli i Fərmanına əsasən1 iyul 2025-ci il tarixdən təqaüdün aylıq məbləği 350 manat müəyyən olunub. Tələb olunan sənədlər: Hal-hazırda bu təqaüd hər hansı bir dövlət qurumuna müraciət edilmədən, hər hansı bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir. MEİS-dən elektron məlumatların əldə edilməsi mümkün olmadıqda nəzərdə tutulan sənədlər tələb edilir. Müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti)