ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Kollegiya

AZƏRBAYCAN RESPUBLİKASI

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

QƏRAR

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2011-ci il 28 iyun tarixli 20-IV FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.9-cu bəndinə əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının aşağıdakı qaydada tərkibi təsdiq edilsin:

Kollegiyanın sədri

- Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Kollegiyanın üzvləri:

- Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri

- Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri

- Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi

- Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri

- Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri

- Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri

- Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri.

2. “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 23 iyul tarixli 75 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilsin.

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri Səbuhi Məmmədov