ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Çətin həyat şəraiti olan şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsi

Çətin həyat şəraitində olan şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsinin direktoru

Nəsimi Şahsuvar oğlu Kazımov

 

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində “Çətin həyat şəraitində olan şəxlər üçün Sosial Reabilitasiya Müəssisəsi” publik hüquqi şəxsi 2 şöbədən – “Ahıl şəxslərlə iş şöbəsi” və “Çətin həyat şəraiti olan digər şəxslərlə iş şöbəsi”ndən ibarətdir.

Ahıl şəxslərlə iş şöbəsi 70 yaşdan yuxarı xüsusi qayğıya ehtiyacı olan şəxslərin sakinliyə götürülmələri, digər şöbə isə müvafiq kateqoriyadan olan şəxslərin müvəqqəti olaraq  müəssisəyə yerləşdirilməsi üçün nəzərdə tutulub.

Müəssisənin fəaliyyətinin əsas məqsədi – həssas əhali qruplarından olan şəxslərin cəmiyyətdən təcrid olunmalarına gətirib çıxaran halların qarşısının alınmasından, müəssisəyə yerləşdirildikləri müddətdə zəruri yaşayış sahəsi ilə təmin olunanadək onlara xidmətin göstərilməsindən, qida normasına uyğun olaraq sağlam və keyfiyyətli qida məhsulları ilə təmin edilməsindən, mədəni-asudə vaxtlarının səmərəli təşkil edilməsindən və onlara qanunla müəyyən edilmiş digər sosial xidmətlərin göstərilməsindən ibarətdir.