Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsi “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, sosial xidmətin ayrı-ayrı formalarına və növlərinə uyğun 3-18 yaşlı təhsilə cəlb olunmayan 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə yarımstasionar (günərzi) formada sosial xidmətlərin göstərilməsi, onların sosial reabilitasiyalarının təşkili ilə bağlı xidmətlərin göstərilməsini təmin edən publik hüquqi şəxsdir.