Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) vətəndaş qəbulu şöbələrində çalışan əməkdaşlara ümumi və funksional sahələr üzrə təlimlər keçirilib.
İştirakçılara “Sənəd dövriyyəsi”, “Sənədlərin icrası, daxil və xaric olan sənədlərin qeydiyyatı”, “Şəxsi kabinetin idarə edilməsi, Xidməti sənədlər və vətəndaş müraciətləri, fərqlənmə xüsusiyyətləri, rəqəmsal sənəd dövriyyəsi-sənədlərin qəbulu və göndərilməsi” və. s mövzularda ətraflı məlumat verilib.
Təlimin keçirilməsində məqsəd əməkdaşların funksional sahələr üzrə praktiki bilik və bacarıqlarının artırılması, müvafiq sahədə olan biliklərinin təkmilləşdirilməsidir.