“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli”elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə əmək qanunvericiliyi və onun tətbiqinə dair maarifləndirici tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin və Əməyin Muhafizəsi Mərkəzinin Naxçıvan filialının əməkdaşlarının mövzu ilə bağlı çıxışları dinlənilib.
Görüş zamanı iştirakçılara Azərbaycan Respublikası Əmək Məcəlləsində və əmək qanunvericiliyində müəyyən olunan norma və tələblər haqqında ətraflı məlumat verilib. Daha sonra Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri və iş yerlərində attestasiyanın keçirilməsi ilə bağlı iştirakçılar məlumatlandırılıb. Tədbirdə həmçinin qeyri-formal məşğulluqla bağlı qanunvericiliyin tələbləri iştirakçıların diqqətinə çatdırılıb.
Qeyd edək ki, 32 dövlət və qeyri-dövlət müəssisəsindən 44 nümayəndənin iştirak etdiyi tədbirdə müzakirə olunan mövzularla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.