Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Atabəy Məmmədli stasionar sosial xidmət göstərilən ahıl Nəcibə Məmmədovanı anadan olması münasibəti ilə ziyarət edib, təbriklərini çatdırıb.
Qeyd edək ki, Nəcibə Məmmədova Sosial Xidmətlər Agentliyin “Çətin həyat şəraiti olan şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsi”nin Ahıl şəxslərlə iş şöbəsinin stasionar sosial xidmət göstərilən benefisiarıdır.
Nəcibə Məmmədova göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.