Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xüsusi qayğıya ehtiyacı olan ailələrin müəyyən edilərək onların sosial müdafiə tədbirlərinə cəlb edilməsi, o cümlədən vətəndaşların özünüməşğulluq proqramının icrası çərçivəsində fərdi təsərrüfatlarının yaradılmasına, eyni zamanda aztəminatlı ailələrin müəyyən edilərək ünvanlı dövlət sosial yardımın təyinatına dəstək göstərilməsi ilə bağlı Babək və Şahbuz rayonlarında inzibati ərazi dairələri üzrə nümayəndəliklərin iştirakı ilə maarifləndirici görüşlər keçirilib.