Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Səfərov Babək rayonundan olan 2011-ci ildə Ağdam rayonunda şəhid olmuş leytenant Zamin Məmmədovun və 1995-ci ildə Naxçıvan şəhəri “N” saylı hərbi hissədə xidmət vəzifəsini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan Bağır Mirzəliyevin ailələrini ziyarət edib.
Görüş zamanı şəhidlərimizin, o cümlədən şəhid, leytenant Zamin Məmmədov və Bağır Mirzəliyevin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!