Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Səfərov Şahbuz rayonundan olan, 2020-ci ildə Xocavənd rayonunda şəhid olmuş Ramin Bağırovun və 2023-cü ildə Laçın rayonunda şəhidlik zirvəsinə ucalan Səbuhi Tağıyevin ailələrini ziyarət edib.
Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid, Ramin Bağırov “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları, Səbuhi Tağıyev isə "Vətən uğrunda" medalı təltif olunub.
Görüş zamanı şəhidlərimizin, o cümlədən şəhid, Ramin Bağırovun və Səbuhi Tağıyevin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!