Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Rasim Piriyev Babək rayonundan olan, 2012-ci ildə Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan baş leytenant Cəfər Cəfərovun, 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan baş leytenant Firuz Qureşlinin və eyni ildə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan İmaməddin Hümbətovun ailələrini ziyarət edib.
Rasim Piriyev şəhid, baş leytenant Firuz Qureşlinin vətənə əmanət övladı Duyğu Qureşlinin doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid, baş leytenant Cəfər Cəfərov III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı, şəhid, baş leytenant Firuz Qureşli “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medalları, şəhid İmaməddin Hümbətov isə "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Şuşanın azad olunmmasına görə", "Hərbi xidmətlərə görə" və "Xocavəndin azad olunmmasına görə" medalları ilə təltif olunublar.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!