/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Səfərov Babək rayonundan olan, 2020-ci ildə Füzuli rayonunda şəhid olmuş leytenant Ramil Əliyevin, Xocavənd rayonunda şəhid olmuş Rasim Ramazanovun və Şuşa istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksələn Ümid Novruzlunun ailələrini ziyarət edib.
Ramin Səfərov şəhid Ümid Novruzlunun vətənə əmanət övladı Nilay Novruzlunun doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid, leytenant Ramil Əliyev “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalları, şəhid Rasim Ramazanov III dərəcəli “Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Füzulinin azad olunmasına görə” medalları, şəhid Ümid Novruzlu III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!