Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Özünüməşğulluğun təşkili və peşə hazırlığı şöbəsi” tərəfindən peşəyönümü məsləhət xidməti çərçivəsində Naxçıvan şəhər 5 və 14 nömrəli tam orta məktəblərində təhsil alan şagirdlərin ixtisas seçimi və karyera planlaması mövzularında tədbir keçirilib. Tədbir çərçivəsində 151 nəfər 5-7-ci sinif şagirdləri, 157 nəfər 8-11-ci sinif şagirdləri olmaqla, ümumilikdə 308 iştirakçı ixtisas seçimi və karyera planlaması mövzusunda maarifləndirilib, ixtisas seçimi ilə bağlı sualları cavablandırılıb.