Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2025-ci ilin I rübü ərzində görülən işlərə dair kollegiya iclas keçirilib.
İclasda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla tətbiqinə başlanılan yeni sosial islahat paketinin əhəmiyyəti diqqətə çatdırılıb, dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığı və bu məqsədlə aparılan sosial islahatların uğurla davam etdirildiyi vurğulanıb.