Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Səfərov 1992-ci ildə şəhid olan mülki şəxs Bahadur Abbasovun, eyni ildə Sədərək rayonunda gedən döyüşlərdə şəhid olan Əli Rzayevin və 2020-ci ildə Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan baş leytenant Sahil Məmmədovun ailələrini ziyarət edib.
Ramin Səfərov şəhid, Sahil Məmmədovun vətənə əmanət övladı, Şəms Məmmədovanın doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid, baş leytenant Sahil Məmmədov III dərəcəli "Rəşadət" ordeni, "İgidliyə görə", “Vətən uğrunda” və "Kəlbəcərin azad olurmasına görə" medalları ilə təltif olunub.
Görüşdə şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!