“Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” qanun layihəsi Ali Məclis komitələrinin birgə iclasında müzakirə edilib
Dekabrın 4-də “Araz” Dövlət Qonaq Evində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinə əsasən aparıcı komitə təyin olunan İqtisadi siyasət komitəsinin sədri İsa İsayevin sədrliyi ilə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi məqsədilə Ali Məclis komitələrinin birgə iclası keçirilib.
İclasda İqtisadi siyasət komitəsindən başqa Ali Məclisin Hüquq siyasəti, Sosial siyasət və Humanitar siyasət komitələrinin sədrləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Nazirlər Kabineti aparatlarının əməkdaşları, Nazirlər Kabinetinin üzvləri, Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri və digər rəsmi şəxslər iştirak edib.
Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri İsa İsayev iclasda “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” qanun layihəsinin müzakirə olunacağını bildirib.
Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Həsən İsmayılov, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, Naxçıvan Muxtar Respublikası Dövlət vergi xidmətinin rəisi Abbas İsmayılov və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri Aləm Bağırov qaldırılan məsələlərə aydınlıq gətirib, sualları cavablandırıblar.