Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə Şahbuz rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə və Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, ehtiramlarını bildiriblər.
Sonra Fərid Bağırzadə Şahbuz rayon İcra Hakimiyyətinin inzibati binasıda vətəndaşları qəbul edib.
Qəbul zamanı vətəndaşlar sosial təminat, məşğulluq, əlillik, reabilitasiya və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.