Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı maarifləndirmə tədbirlərini davam etdirir. Maarifləndirmə tədbiri bu dəfə Ordubad şəhərində keçirilib.
"İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarına və qaydalarına əmək edilməsi, iş yerlərinin attestasiyasının keçirilməsi" mövzusunda keçirilən təlimdə işəgötürənlərə işçilər üçün iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin mühafizəsinə dair qanunvericiliyin tələbləri təqdimat əsasında izah olunub, iş yerlərində attestasiyasının keçirilməsi ilə bağlı məlumatlar verilib.
Sonda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib, mövzular ətrafında müzakirələr aparılıb.
Təlimdə 11 işəgötürənin 42 nümayəndəsi iştirak edib.