Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Elməddin Qəribov 1997-ci ildə Ordubad rayonunda şəhid olan Mahir Səfiyevin və 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn leytenant Elşən Məmmədovun ailələrini ziyarət edib.
Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid, leytenant Elşən Məmmədov III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və "Vətən uğrunda" medalları ilə təltif olunub.
Görüşdə şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Vurğulanıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!