Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin iclası keçirilib. İclasda 2025-ci ilin dörd ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin qiymətləndirilməsi, Daxili nəzarət və audit departamentinin gördüyü işlər, Fondun iş planında nəzərdə tutulan tapşırıqların və qarşıda duran vəzifələrin icrasına dair müzakirələr aparılıb. Müvafiq istiqamətlərdə əməli tədbirlərin görülməsi müvafiq tapşırıqlar verilib.