Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) vətəndaş qəbulu şöbələrində çalışan əməkdaşlara ümumi və funksional sahələr üzrə təlimlər keçirilib.
İştirakçılara “Xüsusi şərtlərlə təyin edilən əmək pensiyaları və əlavələr”, “Ümumi əsaslarla təyin edilən əmək pensiyaları”, “Sosial müavinət və təqaüdlər”, “Ünvanlı dövlət sosial yardımı ilə bağlı elektron və yazılı qaydada müraciətlərin edilməsi” və.s mövzularda ətraflı məlumat verilib.
Təlimin keçirilməsində məqsəd əməkdaşların funksional sahələr üzrə praktiki bilik və bacarıqlarının artırılması, müvafiq sahədə olan biliklərinin təkmilləşdirilməsidir.