Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov 1992-ci ildə Sədərək döyüşlərində şəhid olan Qulam Quliyevin, 1998-ci ildə Beyləqan rayonda şəhid olmuş Niyaməddin Bayramovun və 2014-cü ildə Ordubad rayonunda şəhidlik zirvəsinə ucalan Seyran Hənifəyevin ailələrini ziyarət edib.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!