Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Atabəy Məmmədli şəhid, kapitan Elməddin Meydanovun vətənə əmanət övladının doğum günündə iştirak edib, şəhid Asəf Rəhimovun ailəsini ziyarət edərək, qayğıları ilə maraqlanıb.
Görüş zamanı şəhidlərimizin, o cümlədən Elməddin Meydanovun və Asəf Rəhimovun əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!