Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Atabəy Məmmədli Ordubad rayonunda vətəndaşları qəbul edib.
Qəbul zamanı vətəndaşların Sosial Xidmətlər Agentliyinin fəaliyyət sahələrinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.