Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Atabəy Məmmədli, 1994-cü ildə Ağdam rayonunda şəhid olmuş Məhəmmədəli Yusifov, 1995-ci ildə Sədərək rayonunda şəhid olmuş Rəşad Babayev və 2020-ci ildə Tərtər rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan leytenant İbrahim Vəlizadənin ailələrini ziyarət edərək, qayğıları ilə maraqlanıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid, İbrahim Vəlizadə III dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin, o cümlədən şəhid, Məhəmmədəli Yusifovun, Rəşad Babayevin və İbrahim Vəlizadənin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!