İmtiyazlı şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün tələb olunan sənədlər aşağıdakılardır: 1. Ailə üzvü olan hər bir şəxsin şəxsiyyət vəsiqəsinin surətləri; 2. 18 yaşından yuxarı hər bir ailə üzvü üçün mülkiyyətlərində daşınmaz əmlakın olub-olmaması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış; 3. 18 yaşından yuxarı hər bir ailə üzvü üçün qeydiyyat ünvanları üzrə bələdiyyədən arayış; 4. mənzil növbəsində olması haqqında müvafiq yerli icra hakimiyyəti orqanının sərəncamının surəti; 5. əlilliyini təsdiq edən müvafiq sənədin və ya şəhid ailə üzvü vəsiqəsinin surəti; 6. Qeydiyyatda olduğu ünvandan arayış (Forma-2, evin kimə məxsus olması barədə sənədin surəti); 7. faktiki yaşayış yerindən arayış (evin kimə məxsus olması barədə sənədin surəti); 8. ailə vəziyyəti ilə bağlı digər sənədlər.