/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2026-cı ilin yanvar-avqust ayları ərzində əmək münasibətləri üzrə daxil olan müraciətlərə baxılarkən işəgötürənlər tərəfindən işçilərə 22 671,48 manat əməkhaqqı, 1 486 manat isə zərərə görə ödənc, müavinət və kompensasiya olmaqla ümumilikdə 24 157.48 manat məbləğində gecikdirilmiş ödəmənin təmin edildiyi müəyyənləşdirilib.
Görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilərkən, qeyd olunan vəsaitin 94 faizi əmək haqqı, 6 faizi digər ödəmələrdən ibarət olub.
Həmçinin müraciətlərin araşdırılması zamanı əmək müqavilələrinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilmiş 3 işçi əvvəlki işinə bərpa olunub.