/**/
“Himayədar ailə modeli və Qeytkiping mexanizmi” və “Təhsildə sosial iş” layihəsinin Naxçıvan Muxtar Respublikasında tətbiq edilməsi məqsədilə, Babək rayonunda Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılğı ilə “Xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova və Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Həsən Abbasov çıxışları dinlənilib.
Babək Rayonunun inzibati ərazi dairələri üzrə nümayəndələrinə, rayon ərazisində fəaliyyət göstərən qəyyumluq və himayəçilik komissiyasının üzvlərinə, məktəb direktorlarına və psixoloqlarına, Agentliyin əməkdaşları tərəfindən “Himayədar ailə modeli və Qeytkiping mexanizmi”, “Təhsildə sosial iş” layihələri haqqında ətraflı məlumat verilib.