/**/
“Himayədar ailə modelinin və Qeytkiping mexanizmi” və “Təhsildə sosial iş” layihəsinin Naxçıvan Muxtar Respublikasında tətbiq edilməsi məqsədilə, Şahbuz rayonunda Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılğı ilə “Xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Nübar Səfərova və Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Naib Əlizadənin çıxışları dinlənilib.
Şahbuz Rayonunun inzibati ərazi dairələri üzrə nümayəndələrinə, rayon ərazisində fəaliyyət göstərən qəyyumluq və himayəçilik komissiyasının üzvlərinə, məktəb direktorlarına və psixoloqlarına, Agentliyin əməkdaşları tərəfindən “Himayədar ailə modeli və Qeytkiping mexanizmi”, “Təhsildə sosial iş” layihələri haqqında ətraflı məlumat verilib.