/**/
Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin və Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun vətəndaşların qəbulu şöbələrində aparılan təmir işləri ilə əlaqədar olaraq oktyabrın 1-dən vətəndaş qəbulu müvəqqəti olaraq Naxçıvan Regional DOST Mərkəzində həyata keçiriləcək.
Vətəndaşlar əmək və məşğulluq, pensiya, müavinət və təqaüdlər, əlillik və reabilitasiya və Nazirliyin fəaliyyət sahələrinə dair digər məsələlərlə əlaqədar Naxçıvan Regional DOST Mərkəzinə müraciət edə bilərlər.