/**/
20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı” çərçivəsində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə “Uşaqların əmək hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Naxçıvan şəhər Polis İdarəsinin əməkdaşları, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Çıxış edənlər Azərbaycan Respublikasının əmək qanunvericiliyində azyaşlıların əmək fəaliyyətinə cəlb olunması ilə bağlı tələblər barədə iştirakçılara məlumat veriblər. Həmçinin məcburi əmək və uşaq əməyinin istismarı hallarının qarşısının alınması istiqamətində aparılan maarifləndirmə və nəzarət tədbirləri diqqətə çatdırılıb.
Sonda mövzu ilə bağlı şagirdlərin sualları cavablandırılıb