/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası nümayəndələrinin mövzu ilə bağlı çıxışları dinlənilib.
Görüş zamanı iştirakçılara əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri barədə ətraflı məlumat verilib. Daha sonra iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi və iş yerlərində attestasiyanın keçirilməsi ilə bağlı iştirakçılar məlumatlandırılıb.
Həmçinin əməyin mühafizəsi üzrə işçilərin hüquqlarının müdafiəsi barədə qanunvericiliyin tələbləri iştirakçıların diqqətinə çatdırılıb.