/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Həsən Abbasov Şərur rayon, Dizə kəndində evdə (səyyar) sosial-məişət xidmət göstərilən tənha ahıl Zeynəb xanım Şirinovanı anadan olmasının 75 illiyi münasibəti ilə ziyarət edib, təbriklərini çatdırıb. Görüş zamanı onun səhhəti və gündəlik ehtiyacları ilə maraqlanılıb. Ahıl vətəndaş göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, tənha ahıllar və əlilliyi olan şəxslər üçün evdə səyyar sosial xidmətlər onların gündəlik məişət ehtiyaclarının qarşılanması və sosial rifahının təmin olunmasına yönəlib. Bu cür diqqət və qayğı tədbirləri həmin şəxslərin cəmiyyətə bağlılığının qorunması və mənəvi dəstəyin göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Nazirlik tərəfindən bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.